Hikmət Hacıyev NATO Baş Qərargahında görüş keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev NATO Baş Qərargahında görüş keçirdi

Siyasət

28 Noyabr 2025 16:03 540


Prezidentin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib.

Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb. pizza

Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!