Hikmət Hacıyev: Rusiya ilə normal qonşuluq münasibətlərini davam etdirəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Rusiya ilə normal qonşuluq münasibətlərini davam etdirəcəyik

Siyasət

01 Dekabr 2025 12:14 452


Prezidentin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb.

"Yeni Sabah" xəbər verir ki, o, “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi olaraq üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi. Dominos pizza

“Bu məsələlər həll olunan zaman biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - Hikmət Hacıyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!