“Hindistan bülbülü” koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

“Hindistan bülbülü” koronavirusdan öldü

Mədəniyyət

06 Fevral 2022 11:05 1144


Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar və aktrisa Lata Manqeşkar 92 yaşında dünyasını dəyişib.

Yenisabah.az NDTV-yə istinadən xəbər verir ki, Mumbay xəstəxanasında müalicə alan sənətçi koronavirusdan vəfat edib. 

Qeyd edək ki, Manqeşkar Hindistanın əfsanəsi və Bollivudun Qızıl dövrü adlanan - 1950-1970-ci illərin simvollarından biri hesab edilir. Ölkəsində o, “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılır. Müğənni filmlərdə 30-dan çox hind dilində, o cümlədən hindi, marathi və benqal dillərində mahnılar səsləndirib. O, çoxsaylı kino mükafatlarının sahibidir. Manqeşkar 2001-ci ildə Hindistanın ən yüksək qeyri-hərbi mükafatı olan “Bharat ratna” ilə təltif edilib.  Marqarita pizza

Lata Manqeşkar “Avara”, “Cənab 420”, “Bobbi”, “Qisas və qanun”, “Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!