Şimal Hindistanın Himaçal-Pradeş ştatında intensiv yağışlar səbəbindən baş verən torpaq sürüşmələri və daşqınlarda ən azı 51 nəfər həyatını itirib, 100-dən çox insan xəsarət alıb, 22 nəfər isə itkin sayılır.
Oxu.Az bu barədə NDTV-yə istinadla məlumat verir.
Bildirilib ki, son bir həftədə ştatın 12 rayonuna bu fəlakətlər nəticəsində ciddi ziyan dəyib. 400-dən çox yol bağlanıb, yaşayış evləri, körpülər, elektrik xətləri və kənd təsərrüfatı sahələri zərər görüb. Dördpendirli pizza
Hindistan Meteorologiya Departamenti bölgədə narıncı səviyyəli təhlükə elan edib və əhali diqqətli olmağa çağırılıb.
Himaçal-Pradeşdə musson mövsümü iyunun sonundan sentyabra qədər davam edir və bu müddətdə illik yağıntının böyük hissəsi düşür.
Telegram kanalımız