Hindistanın Ukraynaya dair təklifləri var - Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Hindistanın Ukraynaya dair təklifləri var - Nazir açıqladı

Dünya

19 Sentyabr 2024 16:08 422


Hindistan bir sıra mühüm tərəfdaşlar və liderlərlə Ukraynada nizamlanma üzrə danışıqlarda iştirak edir.

Yenisabah.az xəbər verir ki, bunu Hindistan xarici işlər nazirinin müavini Vikram Misri brifinqdə jurnalistlərə deyib.

O, danışıqların getdiyi şəxslərin adlarını açıqlamayıb: Dominos pizza

“Hindistanın sülhməramlı roluna və bizim ikitərəfli tərəfdaşlarımızla və ya çoxtərəfli platformada Ukrayna üzrə sülh formulunu təklif edə bilib-bilməyəcəyimizə və sülh təklifi üzərində işləyirik. Hazırda biz bir neçə mühüm tərəfdaş və liderlə bir sıra danışıqlarda iştirak edirik.

Bu danışıqlar davam edir və yaxın vaxtlarda nəticələr barədə sizə məlumat verəcəyik. Hazırda bu çox vacib məsələlər üzrə həmsöhbətlərimizlə qarşılıqlı əlaqədəyik.

Misri qeyd edib ki, Hindistanın baş naziri Narendra Modinin sentyabrın 21-23-də ABŞ-a səfəri zamanı liderlərlə konkret görüşlər hazırlanır. Hökumət başçısı Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) liderlərinin görüşündə və BMT-nin Gələcək Sammitində iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!