Hulusi Akar və Sergey Şoyqu Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

saytların hazırlanması

Evə çatdırılma

Hulusi Akar və Sergey Şoyqu Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Maraqlı

12 Oktyabr 2020 17:26 1420


Türkiyənin Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, Hulusi Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.

H. Akar bildirib ki, atəşkəsə baxmayaraq, mülki əhaliyə və obyektlərə hücum edən Ermənistan buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalıdır: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq". Dördpendirli pizza

Telefon danışığı zamanı İdlib və Liviya başda olmaqla müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi də aparılıb.APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!