“Hüquq mühafizə orqanları...” -   Xoşqədəmdən Nazilənin ittihamlarına cavab

saytların hazırlanması

Evə çatdırılma

“Hüquq mühafizə orqanları...” - Xoşqədəmdən Nazilənin ittihamlarına cavab

Şou

07 Dekabr 2019 09:16 1783


Xəbər verdiyimiz kimi, məşhur şairə Nazilə Səfərli Prezident İlham Əliyevə müraciət edib. Müraciət onun qalmaqal yaşadığı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı olub. Şairə bildirib ki, Xoşqədəm onun universitet tələbəsi olan övladlarını təqib etdirir. N. Səfərli övladlarının həyatının təhlükədə olduğunu bildirərək dövlət başçısından kömək istəyib.

“Yeni Sabah” xəbər verir ki,  teleaparıcı sosial şəbəkədə ona rəy yazaraq məsələni soruşan izləyicisinin sualını cavablandırıb. Məsələdən xəbərinin olmadığını deyən X.Hidayətqızı bununla vəkilinin məşğul olacağını yazıb:

“Canım mənim bilmirəm o nə deyib, amma böhtandırsa, hüquq mühafizə orqanları var. Yəqin vəkilim məşğul olar”. pizza hut

Xatırladaq ki,  tərəflər arasında bu qalmaqal ötən il  Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!