Hüseyn Məmmədoğlu onları ağ yuyub qara sərdi –   “AYIBDIR, GİZLƏNMƏYİN!”

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Məmmədoğlu onları ağ yuyub qara sərdi – “AYIBDIR, GİZLƏNMƏYİN!”

Şou

06 İyun 2025 12:16 487


“Ayıbdır, etməyin”.

Yenisabah.az xəbər verir ki, bu sözlər klarnet ifaçısı Hüseyn Məhəmmədoğluna aiddir. O, sənət dostlarına səslənib.

H.Məmmədoğlu sosial şəbəkədə video paylaşaraq özünə və ya övladına toy etdikdən sonra gizlənən həmkarlarına sərt sözlər deyib: Sezar pizza

“Son bir ayda çoxlu musiqiçi toyu oldu, Allah mübarək etsin. Bizim iştirak etməyimiz vacibdir. Getməsək də, pul göndərməliyik. Çünki bu, bir-birimizə olan borcdur. Gəliblərsə, biz də iştirak etməliyik. Mənim neçə nəfərə borcum var, çünki övladımın toyunda iştirak ediblər. Məni də çağırırılar, vaxtım olanda sevə-sevə gedirəm, olmayanda isə pul göndərirəm. Ay musiqiçilər, özünüzə, övladınıza toy edib sonra gizlənməyin. Belə olmaz, çünki borcu qaytarmalısınız, başa düşürsünüz? O insan musiqiçiyə güvənib toy edir. Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur. Bunu yadınızda saxlayın.

Bundan başqa, musiqiçilərin toyunda ifa edən musiqiçilər, pul istəməyin, ayıbdır! Musiqiçi musiqiçidən pul istəməz. Əsas da qoşanağara, nağara və sintizator ifaçıları, ayıbdır, etməyin”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!