İbrahim Tatlısəsin inanılmaz vəsiyyəti: “O 2 nəfər cənazəmə gəlməsin!”

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Tatlısəsin inanılmaz vəsiyyəti: “O 2 nəfər cənazəmə gəlməsin!”

Şou

30 May 2025 10:37 533


Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs vəsiyyətini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sənətçi həyatında iki insanı heç vaxt bağışlamayacağını bildirib:

“Biri kişi, biri qadın olmaqla iki nəfəri ömrümün sonuna qədər heç vaxt bağışlamayacağam. Qəbirimə də gəlməsinlər. Gün gələr, mən də bu dünyadan köçərəm. Məni sevənlər onları görəndə yuh çəksinlər. Onlara bağışlanma yoxdur – üzr istəsələr belə, yoxdur. Hətta ətrafımda belə olmalarını istəmirəm. Onların yaşadığı şəhəri tərk etmişəm, İzmirə köçmüşəm. Hətta lazım olsa, Bodrumdan da gedərəm. Savcılıqdan uzaqlaşdırma qərarı alacağam – 500 metrdən artıq mənə yaxınlaşmasınlar”. Marqarita pizza

Qeyd edək ki, İ.Tatlısəs bəhs etdiyi adamların adını çəkməyib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!