İcazəsiz aksiyadan çəkinməyə daha bir çağırış

saytların hazırlanması

Evə çatdırılma

İcazəsiz aksiyadan çəkinməyə daha bir çağırış

Siyasət

31 Oktyabr 2019 15:17 1217


Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı Milli Şuranın noyabrın 2-nə təyin etdiyi aksiyanın təxirə salınmasına dair təklifi müdafiə edib.

"Yeni Sabah" xəbər verir ki, Yadigar Sadıqlı bu barədə özünün “Facebook” profilində paylaşdığı statusda yazıb.

O, Milli Şuranın sədri Cəmil Həsənlinin 2 noyabr aksiyasını təxirə salmaq təklifini doğru addım kimi qiymətləndirib: pizza hut

“Hörmətli Cəmil Həsənli 2 noyabr aksiyasını təxirə salmağı təklif edib. Zənnimcə,doğru addımdır. Ümumiyyətlə, aksiyanın belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi.

Əgər yaxın perspektivdə hakimiyyəti devirmək ehtimalı yoxdursa, tez-tez qarşıdurmalara getmək rasional deyil. 19 oktyabr aksiyası uğurlu alındı, bir müddət onun verdiyi üstünlüklərdən istifadə etmək lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!