“İcazəsiz mitinqlər insanların gözünün qorxudulmasına səbəb olur”

saytların hazırlanması

Evə çatdırılma

“İcazəsiz mitinqlər insanların gözünün qorxudulmasına səbəb olur”

Siyasət

30 Oktyabr 2019 11:26 2898


“Mənim zənnimcə, 19 oktyabr mitinqi icazəsiz mitinq olduğundan polislə qarşıdırmuya gətirib çıxardığından mitinqçilər üçün xeyli problem yaratdı. Bir qismi bu gün də həbsdədir, bir qismi polis tərəfindən döyüldü və gözü qorxuduldu. Məncə, Azərbaycan praktikası göstərir ki, icazəsiz mitinqlər heç də cəmiyyətdə ictimai-siyasi proseslərə lazım olan xeyirləri gətirmir”.

Bunu “Yeni Sabah”a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib. Milli Şuranın 2 noyabra təyin etdiyi aksiyanı şərh edən Hüseynli deyib ki, icazəsiz aksiyalar cəmiyyətdə qarşıdurma meyillərini artırır və iki tərəf üçün məqbul olmayan, hər iki tərəfə zərər vuran nəticələrə gətirib çıxardır. 

“Bu səbəbdən mitinq elan edən adamlar başa düşməlidir ki, icazə verilməyən mitinqlər insanların gözünün qorxudulmasına, polislə lüzumsuz qarşıdurmaya , cəmiyyətdə gərginliyə səbəb olur”. pizza

Prezidentin islahatlar çağırışından sonra hakimiyyət daxilində bəzi qrupların bu aksiyalarda maraqlı olması haqda iddialara gəldikdə Q. Hüseynli bildirir ki, hakimiyyətin yaşlı qrupları ilə mitinqçilər arasında əlaqənin olması haqqında mülahizələri yoxdur: “Sadəcə olaraq, mitinqə rəhbərlik edənlər bilməlidirlər ki, mitinqdə insanları şül-küt edirlər, insanlar ağır əzabalara düçar olurlar. Nəticədə onlarda mitinq etirazları zəifləyir, mitinqlərdə iştirak etmək həvəsi sönüb gedir. Yəni, bir neçə icazəsiz mitinq mitinq hərəkatının sıradan çıxarılması üçün yetərlidir. 

Xaricdən dəstək olması haqda deyilənlərə gəldikdə isə bu barədə əlimdə fakt olsa, sözsüz ki, danışaram. Amma ötən mitinqdən sonra Avropa Birliyinin, Amerikanın Azərbaycandakı Səfirliyinin yersiz şərhləri belə deməyə əsas verir ki, mitinqləri qızışdıran adamlar var. Mitinqçilərin xarici qüvvələrlə əlaqəsi barədə bir şey deyə bilmərəm. Amma Azərbaycanda daxili vəziyyəti, daxili sabitliyi sarsıtmağa, onu öz məhvərindən çıxartmağa maraqlı olan qüvvələr var. Belə qüvvələr təkcə Qərbdə deyil, şimalda da, cənubda da var. Azərbaycanın suverenliyini həzm etməyən, Azərbaycanın torpaqlarını istila edib onun üstündə oturan ermənilər kimi müxtəlif qüvvələr Azərbaycanda daxili sabitliyin pozulmasında maraqlıdır. 

Səbəb nədir? Torpağını işğal edib üstündə oturub. Sən də ordu qurursan, torpaqlarını geriyə qaytarmaq üçün güclü diplomotik vasitələrdən istifadə edirsən. Məsələn, Qoşulmayanlar Hərəkatı,  Türk Şurası Birliyinin Azərbaycana keçməsi, bir sözlə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, bu tədbirlərdən Ermənistanın istilası üçün istifadə edilməsi onlar üçün ciddi narahatlıqdır. Belə olan halda Azərbaycanda qarşıdurma elementləri olur, bunların da dəyirmanına su tökülür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!