İcra başçısı 25 min manata olduğu iddia edilən plaşı barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı 25 min manata olduğu iddia edilən plaşı barədə danışdı

Siyasət

10 Dekabr 2025 19:28 4994


Bir müddət əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun geyindiyi plaşın qiyməti sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

İcra başçının plaşının "Hugo Boss Burberry" brendinə məxsus olduğu və 26 000 manat dəyərində olduğu iddia olunurdu.

"Yeni Sabah" xəbər verir ki, bu barədə açıqlama verən Mirhəsən Seyidovun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir və sözügedən geyimin yeni və bahalı brend deyil: pizza mizza

"İlk olaraq onu qeyd edim ki, bu brendin yeni bir marka olduğunu ilk dəfə sizdən eşidirəm. Hazırda bu plaş mənim əynimdədir və bunu 3 il bundan qabaq 350 manata almışam, - deyə o vurğulayıb./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!