İcra başçısı cərimələndi - Bank hesabı və gəlirlərə görə

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı cərimələndi - Bank hesabı və gəlirlərə görə

Dünya

09 Yanvar 2020 10:26 1513


Gürcüstanın Marneuli rayonunun icra başçısı Zaur Darğallı bəyannaməsində yol verdiyi qeyri-dəqiqliyə görə cərimələnib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Xidmətlər Bürosunun hesabatında bildirilib.

Müstəqil komisisyanın apardığı monitorinq zamanı məlum olub ki, Z.Darğallı bəyannaməsində bank hesabı və gəlirlərlə bağlı məlumatlarda səhvlərə yol verib. Toyuqlu pizza

Azərbaycanlı rayon rəhbəri təqdim etdiyi məlumatlarda qeyri-dəqiqliyə yol verdiyinə görə əməkhaqqısının 20%-i, lakin 500 laridən az olmayan məbləğdə cərimə olunub.

Gürcüstanın İctimai Xidmətlər Bürosunun monitorinqi zamanı nazir, deputat, hakim və digər yüksək vəzifəli şəxslərin ötən il üzrə, ümumilikdə, 607 bəyannaməsi yoxlanılıb. (Report)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!