İcra başçısı müavinini VƏZİFƏDƏN AZAD ETDİ   - Ötən ay təyin olunmuşdu

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı müavinini VƏZİFƏDƏN AZAD ETDİ - Ötən ay təyin olunmuşdu

Siyasət

16 Fevral 2026 23:50 1820


Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov köməkçisini vəzifədən azad edib.

"Yeni Sabah" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Balabəy Balabəyov icra başçısının köməkçisi vəzifəsindən azad olunub. pizza

Məlumata görə, o, dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə yola salınıb. Bugünlərdə onun 65 yaşı tamam olub.

Xatırladaq ki, B.Balabəyov uzun müddət RİH-də çalışıb. O, əvvəllər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) işləyib. Ötən ay struktur dəyişikliyindən sonra onun vəzifəsi ixtisara düşdüyündən başçının köməkçisi təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!