İcra başçısı oğlunun toyu ilə bağlı xəbərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı oğlunun toyu ilə bağlı xəbərdən danışdı

Sosial

17 İyul 2020 10:40 2510


Ötən gün bəzi xəbər resurslarında Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitində toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb.

“Yeni Sabah” xəbər verir ki, məsələyə münasibət bildirən Vidadi İsayev bunun həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirdi:

"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər". /Report Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!