İcra başçısı tanınmış müğənnini həbs etdirib?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı tanınmış müğənnini həbs etdirib? - AÇIQLAMA

Sosial

15 Mart 2026 14:50 6473


“Məlumat yayıblar ki, Hacıqabulda keçirilən iftar süfrəsində icra başçısı Sevindik Hətəmov məni həbs etdirib. Yalandır, şaiyələrə inanmayın. Məlumatları paylaşarkən diqqətli olun, insanlar narahat olur”.

"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış müğənni Pünhan Piriyev bildirib.

P.Piriyev qeyd edib ki, Hacıqabul rayonunun rəhbərliyi ona həmişə diqqət və qayğı göstərib: “Həddim deyil ki icra başçısı ilə qalmaqal yaşayım, artıq hərəkət edim, Sevindik müəllim də məni cəzalandırsın… O, nə dedisə, biz “baş üstə” deyirik. Səhv edəndə də zəng edib deyir ki, “bala, səhv etmisən, düzəliş et, gələcəyin qarşıdadır”… Mən də həmişə böyüklərə hörmət etmişəm, rəhbərlər nə deyibsə, “baş üstə” demişəm… Çünki həmin insanlar uğurumuza sevinir”. /Pravda.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Musfiq Mahmudzade
    Icra bashcisi ishden cixsin ve biraz budrese ay Punu aqzini bosh qoyub efirde danishirsane o bashcinin qarasina oqeder sozler deyersenki.
    2 months ago