İcra Hakimiyyəti Rəsilə Arifqızı ilə bağlı xəbəri təkzib etdi

İcra Hakimiyyəti Rəsilə Arifqızı ilə bağlı xəbəri təkzib etdi

Digər Veb saytların hazırlanması

25 Sentyabr 2023 22:37 651


Lənkəran Rayon İcra Hakimiyyəti sözügedən rayonda məktəbliyə qarşı zorakılıq edən icra başçısının sabiq müavini Rasilə Arifqızının uşaq evinə direktor təyin olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lənkəran RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, Rasilə Arifqızının Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması ilə bağlı mətbuatda və sosial şəbəkə seqmentində yayılan informasiyalar həqiqəti əks etdirmir. 

“Hazırda sözügedən vəzifə vakantdır” - açıqlamada bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!