İctimai Birlik tələbələrlə tədbir keçirdi

saytların hazırlanması

Evə çatdırılma

İctimai Birlik tələbələrlə tədbir keçirdi

Sosial

31 May 2019 17:08 1254


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Azərbaycançılıq ideologiyasının universitet tələbələri arasında təbliği” layihəsi çərçivəsində Azərbaycan Neft və Sənaye Universitetində tədbir keçirib. 

“Yeni Sabah” xəbər verir ki, universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev cəmiyyətin inkişafına və birliyinə xidmət edən ideyaların tələbələr arasında təbliğinə həmişə ehtiyac olduğunu bildirib. 

“Azərbaycançılıq ideologiyasının əhəmiyyəti” adı altında keçirilən tədbirdə Birliyin sədri Əlövsət Allahverdiyev deyib ki, əsas hədəfimiz cəmiyyətimizdə mövcud olan nizamı qoruyub saxlamaq üçün hazırda əsas və ən düzgün ideologiyaya çevrilən - azərbaycançılıq ideologiyasının gənclərə mənimsədilməsinə yardım göstərməkdir. O, bunun üçün azərbaycançılıq ideologiyasının üstünlüklərinin aşkarlanması, cəmiyyətin daxili birliyinin qorunması istiqamətində birləşdirici ideyaların tapılması, xarici zərərli təbliğata qarşı gənclər arasında azərbaycançılıq ideologiyasının təbliği, azərbaycançılıq ideyasının cəmiyyətimizi qoruyan bir çətir kimi təbliğ olunması, pizza

cəmiyyətimizin və ölkəmizin inkişafı naminə azərbaycançılıq ideologiyasının müasir dövrdə alternativsizliyinin göstərilməsi kimi vəzifələrin həyata keçirildiyini bildirib.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov, fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov mövzu ilə bağlı çıxış edib, daha sonra iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!