Tarif Şurasından “Gediş haqqı” açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Tarif Şurasından “Gediş haqqı” açıqlaması

İqtisadiyyat

04 Sentyabr 2020 16:25 1989


Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Tarif (Qiymət) Şurasının açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Şuraya müraciət edilməyib və hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur. Dördpendirli pizza

Xatırladaq ki, Tarif (Qiymət) Şurasının 30.07.2018-ci il tarixli qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!