İddiaçılar Turniri: Teymur Rəcəbov 8-ci dəfə heç-heçə etdi

saytların hazırlanması

Evə çatdırılma

İddiaçılar Turniri: Teymur Rəcəbov 8-ci dəfə heç-heçə etdi

İdman

01 İyul 2022 01:15 832


İspaniyanın paytaxtı Madriddə keçirilən şahmat üzrə İddiaçılar Turnirində XI tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov ağ fiqurlarla Yan-Kşiştof Duda ilə üz-üzə gəlib. Görüş 33-cü gedişdə "sülh"lə yekunlaşıb - 0,5:0,5.

Bununla da 8-ci heç-heçəsini edən Rəcəbov turnirin qalibi olma şanslarını faktiki itirib. pizza sifarişi

Qalan oyunların nəticələri:

Fabiano Karuana (ABŞ) - Dinq Liren (Çin) - 0:1

Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi - 0:1

Hikaru Nakamura (ABŞ) - Rixard Rapport (Macarıstan) - 0,5:0,5

11 turdan sonra 5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4,5 xal toplamış Duda və Rapportu, eləcə də 4 xalı olan Firuzcanı üstələyir. Turnir cədvəlinə 8 xalla Nepomnyaşi başçılıq edir. Liren 6,5 xalla 2-ci, Nakamura 6 xalla 3-cü, Karuana 5,5 xalla 4-cü yerdə qərarlaşıb.

Bu gün Rəcəbov XII turda qara fiqurlarla Lirenə rəqib olacaq. Eyni zamanda Rapport - Karuana, Duda - Firuzca və Nepomnyaşi - Nakamura görüşləri keçiriləcək.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!