İdman gimnastikası üzrə Bakı çempionatı başlayıb

saytların hazırlanması

Evə çatdırılma

İdman gimnastikası üzrə Bakı çempionatı başlayıb

İdman

08 İyun 2019 10:42 1209


İyunun 8-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb.

“Yeni Sabah” xəbər verir ki, 2 gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verir.

İştirakçılar yarışlar ərzində “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar”, “balacalar” və “kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar. Pepperoni pizza

Akrobatlar isə “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!