Azərbaycan qılıncoynadanı Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə “Satellite” seriyalı beynəlxalq turnirdə uğur qazanıb.
“Yeni Sabah” xəbər verir ki, sablya üzrə milli komandamızın lideri finalda yerli Teodara Kaxianini 15:12 hesabı ilə üstələyib və qızıl medalın sahibi olub.
Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini keçsələr də, 1/8 final mərhələsini adlaya bilməyiblər. Aysel Əhədova isə mübarizəni qrup mərhələsində dayandırıb. Toyuqlu pizza
Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.
Telegram kanalımız