İƏT nümayəndə heyətinin Ağdama səfəri başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

İƏT nümayəndə heyətinin Ağdama səfəri başa çatdı

Maraqlı

03 Sentyabr 2023 20:16 508


İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri başa çatıb.

Yenisabah.az xəbər verir ki, Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlar və şəhər Cümə məscidində olublar.

İƏT MDİHK nümayəndə heyəti Ağdam rayonuna səfərləri zamanı Qiyaslı məzarlığında olublar. pizza sifarişi

Qonaqlara məlumat verilib ki, işğal dövründə qəbirlər vandalizmə məruz qalıb. Məzar daşlarını isə söküb aparıblar.

Qonaqlar səfərlərinin davamında Ağdamın Qarağacı kənd məzarlığında da olublar. Burada qonaqlara kəndin daimi erməni silahlılarının atəşi altında olması, əsasən dinc sakinlərin və uşaqların hədəf seçilməsi barədə məlumat verilib.

Qeyd edilib ki, Qarağacı kənd məzarlığında işğal dönəmində minlərlə məzar tamamilə dağıdılaraq məhv edilib.

İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ağdama səfərləri zamanı, Ağdam Şəhidlər xiyabanında da olublar.

Qonaqlara bildirilib ki, burada Ağdamın işğalına qədərki dövrdə yüzlərlə soydaşımız dəfn edilib. Məzarlıqda təkcə Ağdamın deyil digər rayonlardan, erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız dəfn edilib. İşğaldan sonra isə məzarlıq tamamilə dağıdılıb. Məzarlar açılaraq insanların sümük qalıqları yox edilib. Məlumat zamanı qonaqlara oda bildirilib ki, Ağdam Şəhidlər xiyabanında olan məzarlar yaxınları tərəfindən o zamana aid olan foto və videolardan dəqiqləşdirilməklə bərpa edilib.

Qonaqlar səfərlərinin sonunda əsaslı təmir olunan Ağdam cümə məscidinə də baş çəkiblər. Qonaqlara bildirilib ki, Ağdam cümə məscidi işğal dönəmində ermənilərin vəhşiliyinə məruz qalan dini abidələrdən olub. Burada da digər yerlərdə olduğu kimi, ermənilər donuz saxlayıb, məscidin divarlarını yararsız hala salıblar. Azərbaycanın beynəlxalq qurumlara müraciətindən sonra Ağdam cümə məscidi tamamilə məhv edilməkdən qurtarılıb. İƏT MDİHK nümayəndə heyətinin üzvləri burada gördükləri faktlarla bağlı beynəlxalq nüfuzlu təşkilatlar qarşısında öz hesabatlarında yer verəcəklərini bildiriblər.

 

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!