İftardan sonra çay və kofe içməyə diqqət edin - Həkim məsləhəti 

İftardan sonra çay və kofe içməyə diqqət edin - Həkim məsləhəti 

Sağlamlıq Veb saytların hazırlanması

03 Aprel 2023 16:10 5387


Türkiyəli professor Vedat Göral iftardan sonra çay və qəhvə istehlakı ilə bağlı xəbərdarlıq edib. 

KONKRET.az-ın xəbərinə görə, Medipol Meqa Universiteti Xəstəxanasının professoru iftardan sahura qədər 1,5 – 2 litr maye içməyin vacibliyinə diqqət çəkib.

Ramazanda sahur və iftar üçün qidalanma ilə bağlı tövsiyələr verən Vedat Göral bu ayda yanlış qidalanmanın insan səhhətində ciddi problemlərə səbəb ola biləcəyini deyib:

“Orqanizmdə maddələr mübadiləsinin pozulmaması üçün iftar vaxtı boş mədəni birdən-birə doldurduqda həzmsizlik, şişkinlik, mədə narahatlığı, qəbizlik və köp, ürək xəstəlikləri, yüksək təzyiq şikayətləri yarana bilər.

Süfrədə qida çeşidi çox olsa da, gündəlik qəbul edilən karbohidrat, yağ, zülal, vitamin və mineralların miqdarı ideal qidalanmaya uyğun olmalıdır. İftarda daha kalorili, sahurda isə yüngül yeməklər istehlak edilməlidir”.

Həkim bildirib ki, sahura qədər 2 litr maye qəbul edilməlidir. O, iftarda yemək və içkilərin çox isti və ya soyuq olmamasına diqqət çəkərək, qidalanma qaydasını belə izah edib:

“Oruc su və ya xurma ilə açılmalıdır. Daha sonra yarım kasa şorba içilməlidir. Bu prosesdə bir dilim taxıl çörəyi istehlak etmək daha faydalıdır.

İftardan sonra şorba ilə davam etdirilməli, qısa fasilədən sonra əsas yeməyə başlanılmalıdır. Xəmir xörəklər mümkün qədər az istehlak edilməli, yemək yavaş-yavaş və yaxşıca çeynəyərək yeyilməlidir.

Bundan əlavə, iftar yeməyinə qatıq, ayran, yaşıl tərəvəzlərdən hazırlanmış salat, bir neçə dilim buğda və ya çovdar çörəyi əlavə edilməlidir. Şərbətli şirniyyatlardan uzaq durmaq, mümkün qədər südlü desertlərdən istifadə etmək daha faydalı olar. Çay və kofe iftardan ən azı yarım saat sonra içilməlidir.

Çay açıq və limonlu olmalıdır. Türk qəhvəsi də şəkərsiz istehlak edilməlidir. Yeməkdən sonra bitki çaylarına da üstünlük verilməlidir. İftardan sahura qədər 1,5 – 2 litr maye içilməlidir”.

Professor iftardan yarım saat əvvəl sakit havada yüngül gəzintini də tövsiyə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!