İftardan sonra ürək döyüntüləriniz artırsa... - Kardioloqdan məsləhət

İftardan sonra ürək döyüntüləriniz artırsa... - Kardioloqdan məsləhət

Sağlamlıq Veb saytların hazırlanması

06 Aprel 2023 15:36 5456


Ramazanda yanlış qidalanma ilə ürək sağlamlığını ciddi risk altına ala bilərik. 

“Medicina” xəbər verir ki, həkim kardioloq – aritmoloq Günay Rəhimova yeməkdən sonra ürəkdə narahatlıqların səbəbini açıqlayıb.

Uzun müddət aclıqdan sonra mədənin ani şəkildə yeməklə dolması ürəyin yüklənməsinə səbəb olur, döyüntülərin artmasına və aritmiya, taxikardiyaya səbəb olur. 

Təzyiq və ürək xəstələri (yaxın zamanda ürəyində əməliyyat keçirən, ürək müalicəsi olan, xəstəxanada yatan ) müalicə dərmanlarını vaxtında qəbul edə bilmədikləri üçün oruc tutmamalıdırlar. 

Ancaq oruc tutmaqda israrlıdırlarsa, kardioloqa baş çəkməli, dərman saatlarını özbaşına dəyişmək olmaz. 

Sahurda və iftarda bol su içməli, iftarda yemək çox az miqdarda yeyib bir qədər gəzməli, ondan sonra təkrar masaya oturmalı, az yeməkdən sonra dərmanlarını qəbul etməli, daha sonra yeməklər və bol proteinli qidalar qəbul etmək üçün masaya dönməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!