İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçib

saytların hazırlanması

Evə çatdırılma

İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçib

Hadisə

06 İyun 2025 12:55 647


Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar. pizza hut

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!