İki nəfəri maşınla vurub qaçdı - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

İki nəfəri maşınla vurub qaçdı - Azərbaycanda

Hadisə

28 Noyabr 2019 19:14 858


Hacıqabulda minik avtomobili 2 nəfəri vurub.

"Yeni Sabah" xəbər verir ki, hadisə Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Vaz-2106" markalı minik avtomobili yolu keçmək istəyən Hacıqabul rayonunun Meyniman kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Hikmət Elçin oğlu və Gəncə sakini, 1977-ci il təvəllüdlü Məmmədov Ramin Ramiz oğlunu vurub. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. pizza hut

Qeyd edək ki, hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!