İki nəfərin Şuşada minaya düşərək ölməsiylə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

İki nəfərin Şuşada minaya düşərək ölməsiylə bağlı cinayət işi başlandı

Maraqlı

09 Dekabr 2021 13:44 912


İki nəfərin Şuşada minaya düşərək ölməsiylə bağlı cinayət işi başlanıb.

Bu barədə Yenisabah.az-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı  1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olmuşlar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanmışdır. pizza mizza

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!