“Hökumət virusla mücadilədə sinifdə qaldı, bacarmadı, tez-tez qərarların dəyişdirilməsi, proseslərin dərinliyini ölçə bilməməsi, modelləşmə bacarığının olmaması ölkəni çox ağır durumda buraxıb. Hesabatlılıq yox, alınan qərarların məntiqi yox, cəmiyyətlə normal kommunikasiya yox, üstəgəl əhalinin, biznesin vəziyyətini də anlaya bilmirlər”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Səhər marketə getmişdim, bir nəfər yaxınlaşdı, adam deyir ki, 4 aydır işsizdir, restoranların birində ofisiant işləyirmiş, günə 10-15 manat qazanırmış, indi işləmir, evdə də 2 uşaq, onun da biri xəstədi. Üzündən yaşlı adama oxşayırdı, deyəndə ki, cəmi 36 yaşı var, məni qəhər bürüdü. İmtina etməyə cəhd etsə də, israr etdim, imkanım çatacaq qədər bazarlıq etdim, yola saldım. Adam ayrılanda dedi ki, o qalstuklulara deyin, acından ölürük, bu məqamda yadımıza nə maska düşür, nə virus, mən uşaqlarımın üzünə baxa bilmirəm. Elə bu gün bəzi işlərimlə bağlı Statistika Komitəsinin yanından 20 nömrəli məktəbə qədər maşın sürdüm, bir neçə yerdə saxlamalı oldum, qısa görüşlərim var idi. Cəmi 2-3 km məsafədə, şəhərin gur və karlı yerində 11 obyektin bağlandığını, üzərinə “icarəyə verilir” yazıldığını gördüm. Ağır vəziyyətdir, hökumət nə vətəndaşı, nə biznesi anlayacaq durumda deyil, bu isə çox təhlükəli durum yaradır. İnsanlar vurusa deyil də, bu hökumətə, onların aldığı mənasız qərarlara inanmır”, - deyə ekspert əlavə edib. pizza mizza
Telegram kanalımız