"İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına ödəniləcək".
"Yeni Sabah" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər mövzusunda təqdimatında deyib.
Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb: pizza hut
"Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib. Bu il də proqram üzrə təhsil alacaq şəxslərin təhsil haqqlarını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək. Təhsil Nazirliyinin tabeliyində idarəetmə qrupu yaradılacaq".
Telegram kanalımız