İlanın dişlədiyi pomidor: İnsan üçün təhlükəsi var? - Video

saytların hazırlanması

Evə çatdırılma

İlanın dişlədiyi pomidor: İnsan üçün təhlükəsi var? - Video

Sosial

10 Fevral 2025 15:29 689


Son günlər sosial şəbəkələrdə yayılmış istixanaların birində ilanın pomidoru dişləməsi ilə bağlı görüntülər ciddi müzakirələrə səbəb olub. Bir çoxu bu kimi halların yetişdirilən tərəvəzdə ölümcül təhlükə yaratdığını iddia edib. Bəziləri isə ilan zəhərinin meyvə-tərəvəzdə qalıcı təsir buraxmadığını deyib.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan kənd təsərrüfatı eksperti Allahverdi Mustafayev bildirib ki, belə hallar çox nadir olaraq baş verir və heç bir təhlükə yoxdur:

“Bu təsadüfən baş vermiş hadisədir. Ümumiyyətlə, pomidor ilan üçün qida vasitəsi deyil. Digər tərəfdən, ilanın zəhəri canlılar üçün təhlükəlidir. Çünki zəhər qanı laxtalandırır və damarlarda tromb yaradır. Lakin ilan zəhəri pomidorun tərkibində qalmır. Dördpendirli pizza

Qorxulu heç nə yoxdur. Ola bilsin ki, ilan instikt olaraq pomidoru dişləyib və bu da təsadüfən kadraja alınıb”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!