Fəaliyyəti dayandırılan və lisenziyası ləğv edilən «Amrahbank»ın işçiləri bankda etiraz aksiyası keçirməsi ilə bağlı artıq məlumatlısız. Onların etirazı bankın bağlanmasına, eyni zamanda maaşlarının verilməməsi ilə bağlı olub.
Bankda 700 nəfərin çalışdığını bildirən bankın hüquqşünası M.Mehdiyev bankın məhz indi bağlanmasının ölkə rəhbərliyinin koronavirus pandemiyası dövründə işçilərin ixtisar edilməməsi ilə bağlı tapşırıqlarına zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, 1993-cü ildə yaranan Əmrah Bank 2008-ci ildə Bankın səhmlərinin 49 %-ni Bəhreyn Krallığında yerləşən ”Beynəlxalq İnvestisiya Bankı”na (BİB) satıb. Artıq bankın səhmlərinin yarısının xarici banka satılması bankın çökməsinə bir siqnal idi. Son dövrə kimi bankın kapitalında fiziki şəxslər 54,16%, BİB isə 45,84% səhm payına malik olub. pizza hut
31 dekabr 2018-ci il tarixinə “Amrahbank”ın səhmdar kapitalının tərkibi aşağıdakı kimi olub: İldırımzadə Yunis Əli oğlu - 53.17%, İİB Caspian İnvestment LTD - 45.84%, İldırımzadə Elza Abbas - 0.33%, İdırımzadə Əmrah Yunis - 0.33%, İldırımzadə Xaliq Yunis - 0.33%. Ekspertlər Əmrah Bankın bağlanmasına səbən kimi bank rəhbərliyinin Mərkəzi Bank rəhbərliyi ilə münasibətlərinin yaxşı olmamasında görürlər.
Reallıq isə başqadır. Əmrah Bankda pay sahibi olan Əmrah İldırımzadə bankçılıqla məşğul olmaq əvəzinə sələmçilikə məşğul olub.
Qeyd edək ki, Əmrah Bankın müdiri Yunis İldırımzadənin adı “Günay Bank” işində faizə pul verən şəxs kimi zərərçəkmiş qismində tanınıb. Əmrah İldırımzadənin istintaqa verdiyi ifadəni olduğu kimi təqdim edirik: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi sahibkarlıqla məşğul oluram. 2016-cı ilin əvvəllərində qiyabi olaraq tanıdığım Zeynalov Emin Zakir oğlu ilə münasibətlərim yaranıb və bəzi vaxtlarda valyuta dəyişmək üçün ona müraciətlər edirdim. Həmim vaxtlar Emin Kapital Bank ASC-də işləyirdi, bank sahəsində nüfuza malik şəxs idi. İbadətlə məşğul olan Eminlə ortaq dostlarımızda var idi. Emin mənim bəzi yerlərdə valyuta dəyişdiyimi bildiyindən 2016-cı ilin axırlarında mənə təklif etdi ki, biznesdə qazandığım əlavə pul varsa ona verim. O da pulu həmin valyuta mübadiləsi əməliyyatlarından istifadə edib ona qazanc versin. Yekunda da əsas məbləği ona qaytarsın. Pulun ziyana getmə ehtimalının isə olmadığını deyirdi.
Onun ailəsini tanıdığımdan, bank sektorunda peşəkar işçi olduğundan bu işlə bağlı ona pul vermək qərarına gəldim. Beləliklə ilk dəfə 2016-cı ilin dekabr ayınını əvvəllərində 100 min ABŞ dollar pulu Türkiyə Səfirliyinin yaxınlığında verdim ona. Emin pulu götürəndə heç bir qəbz vermədi, heç bir sənədə imza etdirmədi. Eminin ayda 3000-5000 min ABŞ doları qazanc verməli idi. Pulu verdikdən sonra növbəti ayda qazanc götürməyə başladım.
Lakin ilkin aylarda 2000-3000 ABŞ dolları qazanc verdi, bunu isə işlərinin zəif olması ilə əlaqələndirdi. Növbəti dəfə isə ona 100 min dolları ona 2017-ci ilin mart ayında Elmlər Akademiyası metrostansiyasının yaxınlığında verdim. Sonra isə Emin məndən pul avqust ayının əvvəllində istədi, həmin vaxt 50 min dollar hazırlayıb ona Nərimanov rayonunda Samsunq mağazasının yanında verdim. Sonuncu 50 min dolları isə 2017-ci ilin noyabr ayında Yasamal rayonunda, Badamdar dairəsində Buxara restoranının qarşısında görüşüb verdim. 2018-ci ilin iyun ayının əvvəllərində tanışlarımdan eşitdim ki, Emin Zeynalov Bakı şəhərini tərk edib, tapılmır.
Bundan sonra ondan şikayət etdim ki, 300 min ABŞ dollarımı alıb qaytarmır”. Həbs edilən Emin Zeynalov isə Əmrah İldırımzadədən 300 min ABŞ dollar alsa da, sonrakı müddətdə bu pulun əvəzində Porşe Panomera markalı avtomobil, həmçinin 300 min dollardan artıq qazanc verdiyini bildirib.
Sonda qeyd edək ki, İldırmzadələr soyadı oxuculara kifayət qədər tanış soyaddı. Hələ Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev zamanında İldırımzadələrdən olan Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini olan, polkovnik Rasim İldırımzadəni qanunsuz işlər görməsi ilə bağlı ifşa etmişdi. Belə ki, Rasim İldırımzadə itkin düşən Mahir Abdullayevin harda olmasını, hətta gətirəndən sonra 5 saxta pasport düzəldib onu xaricə yola salacağını Elşad Abdullayevə söz vermişdi. Bunula bağlı Elşad Abdullayev Rasim İldırımzadə ilə 2004-cü ilin noyabr ayında olan video görüntüsünüdə yayımlamışdı.
Azər İsrafilov
Telegram kanalımız