İlham Əliyev avstriyalı həmkarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev avstriyalı həmkarını təbrik etdi

Siyasət

25 Oktyabr 2019 15:46 767


Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti  Aleksander Van der Bellenə təbrik ünvanlayıb.

"Yeni Sabah"ın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Toyuqlu pizza

İnanıram ki, Azərbaycan-Avstriya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!