İlham Əliyev “Diqlas“la bağlı sərəncam imzaladı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev “Diqlas“la bağlı sərəncam imzaladı

Sosial

28 Mart 2019 19:32 1006


Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, 2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.

İlham Əliyev baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmağı, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməyi tapşırıb. Dördpendirli pizza

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!