İlham Əliyev İrəvana getməyəcək

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev İrəvana getməyəcək

Siyasət

30 Oktyabr 2025 14:31 346


Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda 2026-cı ilin may ayında keçiriləcək Avropa Siyasi Birliyi (ASB) sammitində iştirak etmək niyyətində deyil.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Caliber.az" yazıb.

"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi - red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir", - məlumatda bildirilib.  Toyuqlu pizza

Eyni zamanda, qeyd olunub ki, gələcəkdə yüksək səviyyədə səfərlərin həyata keçirilməsi perspektivi istisna edilmir.

"Əksinə, sülh sazişinin imzalanmasından və icrasına başlanılmasından sonra bu, prosesin məntiqi davamı olacaq. İndi isə daha əvvəl razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi üçün praktiki addımlar atılmalıdır ki, bu da sülhü təkcə de-fakto deyil, həm də de-yure möhkəmləndirəcək", - yazıda vurğulanıb. 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 27-də bildirib ki, hökumət Azərbaycan Prezidenti İlham Əliyevi Avropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan sammitinə dəvət edib. O dəqiqləşdirib ki, "hazırda müvafiq dəvətin sənədləşdirilməsi üzərində iş gedir". (Tərcümə "Report"a məxsusdur)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!