İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul etdi

Siyasət

17 Dekabr 2019 16:53 1033


Prezident İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qeyd edib ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriba Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd edib. Tanzila Narbayeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğulayıb. pizza mizza

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə bu il Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün əhəmiyyəti vurğulanıb, bu tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi və Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv olması məmnunluqla qeyd edilib. Söhbət zamanı TÜRKPA-nın Bakıda IX plenar iclasının uğurla keçəcəyinə, burada mühüm məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik bildirilib. Vurğulanıb ki, bu tədbir ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiq edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!