İlham Əliyev Sabirabadda su filtrlərinin istehsalı müəssisəsi ilə tanış oldu

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Sabirabadda su filtrlərinin istehsalı müəssisəsi ilə tanış oldu

Siyasət

28 Oktyabr 2025 11:56 114


Prezident İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

“Yeni Sabah” xəbər verir ki, “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir. Marqarita pizza

Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!