Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
“Yeni Sabah” erməni mətbuatına istinadən xəbər verir ki, danışıqlar 2 saat davam edəcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçirilir. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan da iştirak edir.
Qeyd edək ki, Paşinyan və Əliyev bundan öncə üç qeyri-rəsmi görüş keçirib. Dördpendirli pizza
Xatırladaq ki, dünən Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.
Telegram kanalımız