Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyasının birgə təsis etdikləri “Globe Soccer Awards-2019”a namizədlərin siyahısı açıqlanıb.
“Yeni Sabah” xəbərr verir ki, 4 nominasiyada namizədlər bəlli olub.
Ən yaxşı futbolçu adına Kriştianu Ronaldo namizədlər sırasında (Portuqaliya, “Yuventus”), Lionel Messi (Argentina, “Barselona”), Bernardu Silva (Portuqaliya, “Mançester Siti”), Məhəmməd Salah (Misir, “Liverpul”), Alisson Bekker (Braziliya, “Liverpul”), Sadio Mane (Seneqal, “Liverpul”), Vircil van Deyk (Hollandiya, “Liverpul”) var. Dominos pizza
Ən yaxşı klub adına iddiaçılar “Liverpul” (İngiltərə), “Ayaks” (Hollandiya) və qadınlardan ibarət “Lion” (Fransa) klublarıdır.
İlin ən yaxşı məşqçisi olmağa Yurgen Klopp (“Liverpul”), Fernandu Santuş (Portuqaliya), Erik Ten Haq (“Ayaks”), Camel Belmadi (Əlcəzair), Massimiliano Alleqri (“Yuventus”) namizədliyini irəli sürüb.
İlin kəşfi nominasiyasında
Ansu Fati (“Barselona”), Erlinq Holland (“Zalsburq”), Ceydon Sanço (“Borussiya” D), Joao Feliş (“Atletiko”) və Kayl Havertsın (“Bayer”) adlar yer alıb.
Qeyd edək ki, ən yaxşıların mükafatlandırılması mərasimi dekabrın 29-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Telegram kanalımız