Bu gün Azərbaycan Premyer Liqasında ilin son - 14-cü turunun oyunlarına start verilib.
"Yeni Sabah" xəbər verir ki, turun matçları 2 gün ərzində keçiriləcək. İlk oyun günündə bir görüş baş tutub. Lider "Qarabağ" ikinci pillədə qərarlaşan "Keşlə"ni qəbul edib.
Komandalar Premyer Liqada 60 dəfə üz-üzə gəliblər. Bunların 28-də Ağdam təmsilçisi, 13-də isə qonaqlar qalib gəlib. Tərlan Əhmədovun baş məşqçi olduğu "Keşlə" ardıcıl 3 çempionat matçında rəqibinə qol vura bilməyib və "Qarabağ" son 4 oyundan qalib ayrılıb. Toyuqlu pizza
Bu görüşdə isə qollu heç-heçə qeydə alınıb - 2:2.
Premyer Liqa, 14-cü tur
6 dekabr (cümə)
19:00.“Qarabağ” – “Keşlə” - 2:2
Qollar: Dani Kintana, 4, Mahir Emreli, 45, - Hacıağa Hacılı, 40(ö.q), Tural Bayramlı, 47
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu
Telegram kanalımız