“İlk addım rayonlara gediş-gəlişin bərpası olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“İlk addım rayonlara gediş-gəlişin bərpası olacaq”

Sosial

21 İyul 2020 07:54 5033


"İlk qapanma dövründə insanlar qanunları pozaraq rayonlara getdilər. Bakıda yumşalma olan zaman rayonlarda yoluxma səviyyəsi artır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, ilk yumşalma zamanı bu, təsdiqini tapır: "Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Deyirlər ki, Bakıdan gedib rayonda evdə oturacaqlar. Bu, mümkün deyil. Mənim də ailə üzvlərim Qəbələyə, Şamaxıya, digər gözəl guşələrə getmək istəyir. Yoluxmanı idarəedilən səviyyəyə çatdırmalıyıq.  Dominos pizza

Ən ideal variantda biz bilməliyik ki, yoluxan insan haradadır və kimdən yoluxub. Bunu bilsək yoluxma nəzarət edilən formaya düşəcək. Buna nail olduqca bütün Azərbaycan sarı, sonra isə yaşıl zonaya düşəcək. Yoluxmanın səviyyəsi nəzarət altına alınarsa, ilk addım Bakıdan rayonlara gediş-gəlişə icazə vermək olacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!