İlk “qadın qamçı komandası” işə başladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlk “qadın qamçı komandası” işə başladı - Fotolar

Dünya

29 Yanvar 2020 13:19 1396


İndoneziyada ilk “qadın qamçı komandası” işə başlayıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verirlər ki, İndoneziyanın şəriət qaydalarına əməl edən tək vilayəti olan Açexdə ilk qadın qamçı qrupunun üzvləri əhaliyə təqdim edilib.

Dəstənin ilk işi onun ən gənc üzvü tərəfindən yerinə yetirilib. Belə ki, aralarında nikah olmadığı halda oteldə gecələyən qadın ilə kişi hamının gözü önündə qamçılanıb. Pepperoni pizza

Məlumata görə, bundan sonra Açexdə homoseksuallar, evlilikdən əvvəl cinsi əlaqəyə girənlər, spirtli içki içənlər, qumar oynayanlar və s. insanların qarşısında qamçılanacaqlar.

Qeyd edək ki, qadın qamçı komandasnın üzvləri işə başlamadan öncə onlara aylarla xüsusi dərs keçirilir və həm fiziki, həm də psixi cəhətdən işə hazırlıqlı vəziyyətə gətirilirlər.   

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!