İlon Mask planetin ən varlı beşinci adamı oldu

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask planetin ən varlı beşinci adamı oldu

İqtisadiyyat

21 İyul 2020 10:09 1124


Məşhur iş adamı, "SpaceX" şirkətinin banisi İlon Mask planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Bildirilir ki, İ.Maskın sərvəti 74,2 milyard dolları ötüb və bununla da o, planetin ən varlı beşinci insanı olub. Toyuqlu pizza

Siyahıda ilk pillədə "Amazon"un rəhbəri Ceff Bezos (189 milyard dollar), ikinci pillədə "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno (113,8 milyard dollar), üçüncü pillədə "Microsoft" şirkətinin banisi Bill Qeyts (113,4 milyard dollar), dördüncü pillədə isə "Facebook"un yaradıcısı Mark Zukerberq (90,3 milyard dollar) qərar tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!