İlon Mask Putinlə sülh planını müzakirə edib

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask Putinlə sülh planını müzakirə edib

Maraqlı

22 Avqust 2023 14:55 583


Amerikalı iş adamı və “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Mask Pentaqon rəsmilərinə Rusiya prezidenti Vladimir Putinlə şəxsən danışdığını deyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “The New Yorker”in məqaləsində deyilir. 

Nəşr yazır ki, Mask oktyabr ayında ovaxtkı müdafiə nazirinin müavini Kolin Kahl ilə telefon danışığı zamanı məlumatı könüllü olaraq verib. Onun sözlərinə görə, Putinlə danışıq gözəl təəssüratlarla keçib və sülh planı ilə bağlı fikirlərini bildirib. pizza mizza

Mask sülh planının öz versiyasını tvit etməzdən bir neçə həftə əvvəl Putinlə şəxsən danışdığını deyib və Kremllə məsləhətləşmələrinin müntəzəm olduğunu əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!