İlqar Məmmədov üçün yaşıl işıq

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov üçün yaşıl işıq

Siyasət

28 Mart 2019 16:47 1116


REAL hərəkatının sədri İlqar Məmmədovun şərti cəzası ləğv olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, İ.Məmmədovun ölkədən çıxış, bölgələrə səfər qadağası götürülüb: " Amma seçkilərdə iştirakla bağlı əngəli saxladı - olsun, o maneəni də dəf edəcəyik".

Qeyd edək ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi. pizza mizza

Ötən il Ali Məhkəmənin plenumu İ.Məmmədovun şikayətinə baxaraq, onun işini Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi 6 il müddətinə şərti cəza ilə əvəzlənmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!