İlqar Məmmədovdan Polad Bülbüloğlu   AÇIQLAMASI

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI

Siyasət

13 Noyabr 2020 09:59 10711


“Yaxşı ki, rəsmi Bakı Polad Bülbüloğlunun müsahibəsini tənqid etdi. Düzdür, ən vacib olan məsələyə görə deyil, başqa məsələyə görə. Amma Bakının bu reaksiyası onun müsahibədə dediklərinin hamısını etibarsız edir”.

Yemisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O, qeyd edib ki, ən incə mövzuya dair Azərbaycan rəhbərliyinin sükut saxladığı özəl məqamda Rusiyadakı səfirin belə bəyanat verməsi çox yanlış idi:

“Bəli, əslində vacib olan məsələ başqa idi. Polad Bülbüloğlu Rusiyanın RBK telekanalına geniş müsahibə verib Ermənistana qarşı sərt görünən ifadələr işlətsə də, onun Türk sülhməramlılarına dair sözləri Türkiyə tərəfinin açqılamaları ilə üst-üstə düşmürdü. Onun bəyanatı Azərbaycan-Türkiyə yaxınlığına tərs baxanların istinad nöqtəsinə çevrilə bilərdi. Yaxşı ki, müsahibənin bütövlükdə çox da ciddi olmadığını Bakı öz reaksiyası ilə dərhal bildirdi, hətta başqa səbəbə görə olsa da”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!