İmamoğlu özünə başqa valideynlər axtarır - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlu özünə başqa valideynlər axtarır - Ərdoğan

Siyasət

21 Dekabr 2022 14:31 926


Türkiyədə seçki dövrü yaxınlaşdıqca iqtidar-müxalifət münasibətləri gərginləşməyə davam edir. 

Yenisabah.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kemal Kılıçdaroğlu və İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun münasibətləri haqqında danışıb.

"Bay Kemal, oğluna sahib çıx. "O özünə başqa valideynlər axtarışına çıxıb" demədən dayana bilmədim. 6 ayrı səsin çıxdığı, hər kəsin bir-birinin arxasından iş çevirdiyi intriqanın, tələlərin ərşə qalxdığı qəribə masaya millət gələcəyini təslim etməz", - deyə Ərdoğan müxalifətin ittifaqı olan "Altılı masa"nı tənqid edib. Sezar pizza

Qeyd edək ki, CHP sədri Kemal Kılıçdaroğlu bir müddət əvvəl Əkrəm İmamoğlu ilə ata-oğul münasibətlərinə malik olduqlarını söyləmişdi./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!