İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb. Marqarita pizza
Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız