İmran Bənnayevin ölkədən çıxışı məhdudlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

İmran Bənnayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Sosial

05 Dekabr 2025 18:43 872


"İdrak" Gənclər Mərkəzinin rəhbəri İmran Bənnayevin ölkədən çıxışının məhdudlaşdırılıb.

"Yeni Sabah" xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə borcu olmasıdır.

Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İmran Bənnayevi məhkəməyə verib. Sezar pizza

İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərid Hətəmzadənin sədrliyi ilə baxılıb. Hakim qurumun ərizəsini təmin edərək İmran Bənnayevin ölkədən çıxışına "stop" qoyub.

Həmin vaxt İmran Bənnayevin dövlət büdcəsinə borcu 15 973.98 manat olub.

Qeyd edək ki, "İdrak" Gənclər Mərkəzi 2004-cü ildən fəaliyyət göstərir./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!