“Son vaxtlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nəzarətçilərin vəzifə funksiyalarını yerinə yetirməkdə problem yaşadıqlarını görürük. Məhz onların səhlənkarlığı nəticəsində imtahan prosesində təhlükəsizlik və texniki xidmətlə bağlı qüsurlar yarandı və şagirdlər sual kitabçasını imtahandan gizlicə çıxarmağa nail oldular”.
Bu sözləri “Yeni Sabah”a imtahandakı nəzarətçi məllimlərlə bağlı danışan təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, seçim zamanı səhlənkarlıq olub:
“Bu onu göstərir ki, imtahan nəzarətçiləri seçilən zaman hansısa faktor rol oynayıb və DİM-in prinsiplərinə zidd olan şəxsləri sistemə daxil edibsə, seçim zamanı səhlənkarlıq olunub. Dövlət İmtahan Mərkəzi ölkədə əhatə dairəsinə və kütləviliyinə görə ən böyük prosesi həyata keçirir. Əlbəttə ki, bu qədər geniş prosesdə təhlükəsizlik və texniki xidmətlə bağlı qüsurlar olacaq, amma bu kütləvi hal almamalıdır. Çünki DİM-in 27 illik şəffaf, obyektiv xidmətləri, fəaliyəti var. Dünya təcrübəsində imtahan prosesində nəzarətçi olmaması faktoru yoxdur. Sadəcə olaraq, Azərbaycanda imtahanlar olduqca çətin təşkil edilib. İmtahana iştirakçılar son imkan kimi baxırlar. Düşünürəm ki, imtahan prosesi sadələşdirilməlidir. Hesab edirəm ki, bu qədər ciddi imtahanlar ancaq iştirakçıları stresə salır. 2013- cü ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul edildi. Strategiyada qeyd olunur ki, təhsilin əlçatımlılığı təmin olunmalıdır. Amma biz bu qədər çox saylı imtahanlarla iştirakçıların ali təhsil almaq hüququnu əllərindən alırıq. Digər tərəfdən isə DİM mütləq şəkildə nəzarətçi bazası formalaşdırmalıdır və onları hər il dəyişməməlidir. Hər il yeni nəzarətçi qəbul ediləndə o sistemi dərindən bilmir və qüsurlarla yol verir”. Sezar pizza
Qeyd edək ki, DİM sədri Məleykə Abbaszadə qaydaları pozan nəzarətçi-müəllimlərlə bağlı Rayon Təhsil Şöbələrinə müraciət olunduğunu və müəllimlərin 12 faizinin adının "qara siyahı"ya daxil edildiyini bildirib.
Əsmər Qabil
Telegram kanalımız